Bakıda 2-ci Beynəlxalq İncəsənət Olimpiadası keçirilib (FOTO)


Digərləri 22 May 2018 21:37:08 269 0

Bakıda 2-ci Beynəlxalq İncəsənət Olimpiadası keçirilib (FOTO)

Azərbaycan Gənlər İttifaqı Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında 2-ci Beynəlxalq İncəsənət Olimpiadası keçirib.

Bakı. Azərbaycan Gənlər İttifaqı Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında 2-ci Beynəlxalq İncəsənət Olimpiadası keçirib. Trend-in məlumatına görə, incəsənət olimpiadasının keçirdilməsində məqsəd istedadlı uşaq və gənclərlə tanışlıq, həmçinin digər ölkələrlə xarici əlaqələri yaxşılaşdırmaq, uşaqların və rəhbərlərin xarici iştirakçılar və müəllimlərlə tanışlıq olub. Yerli kolektivlər və fərdi iştirakçılarla yanaşı, Gürcüstandan gələn vokal və instrumental ansambllar incəsənət olimpiadasında iştirak ediblər. İncəsənət olimpiadasında üç janrda çıxışlara baxılıb. 1 – Folklor 2 - Klassik, 3 – Müasir Estrada. İncəsənətin bir neçə sahələri üzrə musiqi, vokal, teatr, bədii ifadə. İştirakçılar yaş kateqoriyalarına görə kiçik uşaqlar ( 7 yaşa qədər), uşaqlar ( 10 yaşa qədər), yuniorlar ( 16 yaşa qədər ), böyüklər qruplarına bölünüblər. Hər yaş kateqoriyasında solo, duet, kiçik qruplar və ansambların çıxışları olub. Qaydalara görə çıxış zamanı iştrakçıların adları və hansı məktəbdən və ya qrupdan olduqları açıqlanmırdı ( hətta müəllimlərin adları çəkilmirdi ). Seçim əvəlcədən paylanmış nömrələr arasında keçirilirdi. Azərbaycan Gənclər İttifaqının sədr müavini Əziz Əzizov deyib: “Piano və akademik vokal nominasiyalarında iştirakçıların saylarının artımı müşayət olundu. Ancaq nəfəsli alətlərdə və muğam janrında iştirakçıların sayı əvəlki yarışmaya nisbətən az idi. Bu sənətçilərin beynəlxalq yarışlarda iştirakını artırmaq üçün çalışacağıq. Növbəti dəfə bu janrı daha ciddi şəkildə təqdim edəcəyimizə ümid edirəm”. Peşəkar münsiflər heyəti kimi incəsənət xadimləri çıxış ediblər. Fortepiano və klasik alətlər bölməsində: 1. A.M.K tərkibində İncəsənət Gimnaziyasının müdiri Aytən Əhmədova. 2. Əməkdar incəsənət xadimi – Rimma Məmmədova. 3. İncəsənət xadimi və müəllim– Gülnarə Kərimova. Akademik və Estrada vokal bölməsində. 1. Dmitri Babayev 2. Evqeniya Məmmədova 3. Rauf Musayev. Xalq çalğı alətləri və Muğam janrında: 1. Azərbaycan Milli Konservatoriyasının müəllimi – Əflaruz Mamedov 2. Milli Konservatoriyanın Dosenti - Məhərrəmov Məhərrəm 3. Milli Konservatoriyanın müəllimi – Vüqar Musalı.