Mahmud Məmmədquliyev: Aİ-Azərbaycan tərəfdaşlığı haqqında yeni sazişə dair danışıqlar gələn həftə keçiriləcək


Digərləri 22 May 2018 20:55:00 228 0

Mahmud Məmmədquliyev: Aİ-Azərbaycan tərəfdaşlığı haqqında yeni sazişə dair danışıqlar gələn həftə keçiriləcək

Avropa İttifaqı (Aİ) -Azərbaycan tərəfdaşlığı haqqında yeni sazişə dair danışıqların növbəti mərhələsi gələn həftə Bakıda keçiriləcək.

Bakı. Avropa İttifaqı (Aİ) -Azərbaycan tərəfdaşlığı haqqında yeni sazişə dair danışıqların növbəti mərhələsi gələn həftə Bakıda keçiriləcək. Trend-in məlumatına görə, bunu xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib. M.Məmmədquliyev bildirib: "Ötən il başlayan danışıqlar üç əsas istiqamətdə - siyasi və təhlükəsizlik məsələləri, ticarət və investisiya məsələləri və müxtəlif sektoral məsələlər üzrə uğurla davam edir" Nazir müavininin sözlərinə görə, növbəti görüşdə siyasi məsələlər müzakirə olunacaq. Danışıqların sonuncu mərhələsi may ayının əvvəlində baş tutub. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin