Sonuncu İrəvan xanının qardaşı nəvəsi: "Gün gələcək bu zülm bitəcək" FOTO


Digərləri 22 May 2018 18:48:00 304 0

Sonuncu İrəvan xanının qardaşı nəvəsi: "Gün gələcək bu zülm bitəcək"  FOTO

Diasporla İş üzrə Dövlət Komitəsi İrəvanın sonuncu xanı Hüseynqulu xanın qardaşı Həsən xan Əmir Məhəmməd xan oğlu Qovanlı-Qacarın Türkiyədə yaşayan nəvəsi və varisi Turhan Turqutu fəxri fərmanla tətlif edib.

Son.az report-a istinadən xəbər verir ki, bununla bağlı qərarı Dövlət Komitəsinin sədri Fuad Muradov imzalayıb. 

Mükafatı Həsən xan Əmir Məhəmməd xan oğlu Qovanlı-Qacarın varisinə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev təqdim edib.

T.Turqut Azərbaycan dövlətinə ona göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib: "Bu günləri gördüyümə görə çox sevincliyəm. Allah bunu mənə nəsib etdiyi üçün çox xoşbəxtəm". 

Qeyd edək ki, ixtisasca hüquqşünas olan soydaşımız 2016-cı ildə Bakıya gəlib, Dünya Azərbaycanlılarının IV Qurultayında iştirak edib.


Xəbərə aid fotolar