“Hökumət buludu”nun yaradılması istiqamətində Belarus təcrübəsi öyrənilir


Digərləri 22 May 2018 16:50:01 326 0

“Hökumət buludu”nun yaradılması istiqamətində Belarus təcrübəsi öyrənilir

AzInTelecom” MMC-nin nümayəndə heyəti Belarusun “bulud”a inteqrasiya təcrübəsi ilə yaxından tanış olub.

Bakı. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin nümayəndə heyəti “Hökumət buludu” (G-cloud) layihəsi çərçivəsində Belarusun “bulud”a inteqrasiya təcrübəsi ilə yaxından tanış olub. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, Minskdə keçirilən XXV "TİBO-2018" beynəlxalq telekommunikasiya sərgi-forumu çərçivəsində çoxsaylı yerli şirkət və dövlət qurumları ilə ikitərəfli görüşlər keçirən “AzInTelecom” nümayəndə heyəti “bulud” həlləri, “bulud”a inteqrasiya, Belarus dövlət qurumlarının “bulud”dan isitifadə tendensiyaları, eləcə də “Hökumət buludu”nun yaradılması və ona keçid perspektivlərini müzakirə ediblər.