Ali məktəblər kollec təhsili də verə biləcək


Digərləri 22 May 2018 16:12:00 300 0

Ali məktəblər kollec təhsili də verə biləcək

Azərbaycanda ali təhsil müəssisələrinin müvafiq struktur bölmələrində təsisçinin razılığı ilə orta ixtisas təhsili də həyata keçirilə bilər.

Son.az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı "Təhsil haqqında" qanuna yeni dəyişikliklərin edilməsi təklif olunur.

Qanuna təklif edilən dəyişikliklərə görə, ali təhsil müəssisələrində orta ixtisas təhsilinin təşkili qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.