2018ci il dövlət büdcəsində neftin qiyməti üzrə proqnoz artırıla bilər


Digərləri 22 May 2018 16:08:00 285 0

2018ci il dövlət büdcəsində neftin qiyməti üzrə proqnoz artırıla bilər

"2018-ci il Azərbaycan dövlət büdcəsində müəyyən olunmuş neft qiyməti 55 dollaradək artırıla bilər".

Son.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli deyib.

Deputat bildirib ki, hazırda neftin qiyməti büdcədə müəyyən olunmuş 45 dollar məbləğini çox üstələyir:

"Dövlət büdcəsi ilin ortasında müzakirəyə çıxarıla bilər. Əgər bizə hökumət tərəfindən təklif daxil olarsa, fikrimcə, optimal qiymət bir barel üçün 55 dollar ola bilər".