Göyçay sakini qardaşını bıçaqladı


Digərləri 22 May 2018 14:33:00 223 0

Göyçay sakini qardaşını bıçaqladı

Göyçay rayonunda ailə münaqişəsi zamanı qan tökülüb.

Son.az APA-ya istinadən xəbər verir ki, Göyçay şəhərinin Bakı küçəsində yaşayan Araz Məhərrəmov ailə münaqişəsi zəmnində qardaşı, 1962-ci il təvəllüdlü Ədalət Məhərrəmovu bıçaqlayıb. Ağır xəsarət alan Ə. Məhərrəmov təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə çatdırılıb.