Gürcüstan Respublikasının 100 illik yubileyində 6 ölkənin prezidenti iştirak edəcək


Dünya 22 May 2018 08:40:00 359 0

Gürcüstan Respublikasının 100 illik yubileyində 6 ölkənin prezidenti iştirak edəcək

Mərasimə Avropa Komissiyasının prezidenti Jan Klod Yunker də qatılacaq

Gürcüstanda ilk Demokratik Respublikanın yaranmasının 100 illik yubileyi ilə əlaqədar Tbilisidə keçiriləcək tədbirdə 6 ölkənin prezidenti, 20 ölkənin yüksək vəzifəli şəxsləri, Avropa Komissiyasının prezidenti Jan Klod Yunker iştirak edəcəklər.

Son.az "Report"a istinadən bildirir ki, mayın 26-da keçiriləcək yubiley tədbirinə Litva, Latviya, Finlandiya, Polşa, Slovakiya və Ermənistan prezidentləri qatılacaqlar.

Qonaqlar Tbilisinin mərkəzindəki Azadlıq meydanında gənc əsgərlərin andiçmə mərasimində iştirak edəcək, sonra parlamentdə təşkil olunacaq "Xoşbəxtlik naminə əməkdaşlıq - yeni əsrin strategiyası" adlı "dəyirmi masa"ya qatılacaqlar.