“Tramp məndən HPV ilə HİVin fərqini soruşdu”


Digərləri 22 May 2018 08:11:00 194 0

“Tramp məndən HPV ilə HİVin fərqini soruşdu”

"Microsoft"un qurucusu Bill Geyts ABŞ prezidenti Donald Tramp ilə keçirdiyi görüşlərin bəzi təfərrüatlarını açıqlayıb.

Son.az lent.az-a istinadən xəbər verir ki, B. Gates "Bill & Melinda Gates" fondunda çıxış edərkən D. Trampla söhbəti barədə belə danışıb: 

"İlk dəfə 2016-cı ilin dekabrında onunla tanış olduq. Sonra ötən ilin martında Ağ Evdə görüşdük. Hər iki görüşdə məndən peyvəndin zərərli olub-olmadığını soruşdu və peyvəndləri araşdıracaq komissiya quracağını söylədi. Çünki ona deyiblər ki, peyvəndlər zərərlidir. Mən bunun qətiyyən doğru olmadığını, belə bir addımı yanlış olacağını bildirdim".