"Instagram"da doğuş fotoları daha bloklanmayacaq


Digərləri 22 May 2018 07:41:00 227 0

"Instagram"da doğuş fotoları daha bloklanmayacaq

"Instagram" sosial şəbəkəsi doğuş fotolarını porno kimi qiymətləndirməmək qərarına gəlib.

Son.az lent.az-a istinadən xəbər verir ki, yeni doğulmuş körpələrlə anaların və doğuş prosesinin özünün şəkillərini paylaşan avstraliyalı fotoqraf Selena Rollasonun çəkdiklərindən gedir. İlk əvvəllər "Instagram" administrasiyası doğuş fotolarını porno materialları kimi qiymətləndirirdi.

Selena Rollason 2011-ci ildən sifarişlə doğuş fotoları çəkir. O, öz işlərindən bəzilərini müasir dövrün tendensiyasına uyğun olaraq "Instagram"a yükləyib. Qadının sinəsi və cinsi orqanları görünən fotolar ilk vaxtlar sosial şəbəkə tərəfindən bloklanıb.