Naxçıvanda zəlzələ baş verib


Digərləri 22 May 2018 07:37:00 214 0

Naxçıvanda zəlzələ baş verib

Naxçıvan Muxtar Respublikasında 3,4 bal gücündə zəlzələ baş verib.

Son.az APA-ya istinadən xəbər verir ki, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən xəbərə görə, zəlzələ mayın 22-si, saat 06.32-də Naxçıvan şəhərində qeydə alınıb.

Yeraltı təkanın maqnitudası 3,4, dərinliyi 7 km olub.

Zəlzələ Naxçıvan şəhəri və yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.