“Ağıllı” uşaq bezi körpənin “əməlləri”ndən xəbər verəcək


Digərləri 22 May 2018 07:22:00 237 0

“Ağıllı” uşaq bezi körpənin “əməlləri”ndən xəbər verəcək

Daha əvvəl "Google Life Sciences" kimi tanınan şirkət naqilsiz uşaq bezini patentləşdirib.

Son.az lent.az-a istinadən xəbər verir ki, bu uşaq bezi nəinki uşağın "əməllərindən" xəbər verəcək, hətta onun böyük və ya kiçik bayıra çıxdığını müəyyən edəcək.

Cihaza qoşulan potensial tətbiq vasitəsilə bildirişlər göndəriləcək. O isə öz növbəsində uşağın "əməlləri" barədə yazıları kataloqlaşdırıb yaddaşda saxlayacaq. Bu, ilk belə ixtira deyil. Bir çox şirkətlər artıq çoxdan öz uşaq bezlərini sadə nəmlik ölçən ötürücülərlə təchiz ediblər. Ancaq məhz "Google"un məhsulu "hər şey" daxil kateqoriyasına daxil edilib.