Samsung Galaxy S9 modelinin satışlarından narazıdır


Digərləri 21 May 2018 22:15:00 296 0

Samsung Galaxy S9 modelinin satışlarından narazıdır

Dünyanın nəhəng şirkətlərindən hesab olunan Samsung, Galaxy S9 modeli ilə əvvəlki ilə nəzərən daha çox telefon satmağı düşünürdü. Açıqlanan satış rəqəmlərinə görə isə, istədiyi nəticəni hələ əldə etmiş deyil. Qeyd edək ki, Galaxy S9 modeli S8-ə oxşarlığı və qiymətinin baha olması isə əlaqəli çox tənqid edilmişdi.

Son.az technote.az-a istinadən bildirir ki, Galaxy S9 modeli Cənubi Koreyada 2 ayda 1 milyon satıldı. Əvvəlki il Galaxy S8 modeli 37 gündə 1 milyon satılmışdı.