Ramazan ayının əvəzolunmaz təamı


Digərləri 21 May 2018 21:50:00 258 0

Ramazan ayının əvəzolunmaz təamı

Xurma bir çox vitamin və mineralları özündə cəmləşdirir. Bu meyvədə yağ, kalsium, dəmir, potasium, fosfor, maqnezium və s. tərkibləri özündə birləşdirir. Mütəxəssislərin fikrincə, gündə ən az bir dənə xurma yemək sağlamlıq üçün əhəmiyyətlidir. Dinimizdə də xurma yeməyin faydaları haqda çoxlu hədislər nəql edilmişdir. Hz. Əli (ə) buyurub: "Xurma yeyin, çünki o, hər bir dərdin dərmanıdır".

Son.az deyerler.org-a istinadən bildirir ki, eyni zamanda mütəxəssislər qeyd edir ki, xurma yemək bağırsaq problemlərinə, zəifliyə, ürək xəstəliklərinə və mədə xərçənginə və s. faydalıdır. İmam Sadiq (ə) bu haqda buyurub: "Hər kəs gündə acqarına yeddi ədəd xurma yesə, şeytan ona zərər yetirə bilməz. Yatan vaxtı yeddi ədəd xurma yemək qarındakı qurdları aradan aparır".

Xurma yemək xüsusilə Ramazan ayında iftar açmaq üçün tövsiyə edilir. İftarı xurma ilə açmaq insana toxluq verərək həddən artıq çox yeməyin qarşısını alır. Bu da mədənin birdən-birə qidala ilə yüklənməsinin qarşısını alır. 100 qram xurmada 70 qram karbohidrat var. Karbohidrat beyni qlükoza ilə təmin edir və başağrının qarşısını alır. Bütün bunlardan başqa xurmanın aşağıdakı xeyirləri vardır: