Ramazan ayında şeytanın zəncirə vurulması nə deməkdir?


Digərləri 21 May 2018 21:10:00 292 0

Ramazan ayında şeytanın zəncirə vurulması nə deməkdir?

Həzrət Peyğəmbər (s) buyurur: "Ramazan ayının hilalı görünən kimi cəhənnəmin qapıları bağlanar və behiştin qapıları açılar. Şeytanlar zəncirə vurular".

Digər yerdə əziz Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq: "O zaman ki, Ramazan ayının hilalı görünər, qovulmuş şeytanlar zəncirə vurular".

Son.az deyerler.org-a istinadən bildirir ki, bu hədisi İmam Baqir (ə) öz cəddindən nəql etmişdir. Həzrətin (ə) nəqlinə görə, Həzrət Peyğəmbər (s) o zaman ki, Ramazan ayının hilalını görərdi, üzü qibləyə dayanıb buyurardı: "Allahım! Bu ayı bizim üçün əmin-amanlıq, iman, sağlamlıq, müsəlmanlıq, çoxlu ruzi, xəstəlikləri dəf etmək, Quran tilavəti, namaz və oruca yardımla yenilə. Allahım, bizi Ramazan ayı üçün sağlam saxla, Ramazan ayını da bizim üçün. Bizdən qəbul et o zamana qədər ki, Ramazan ayı sona çatar və biz bağışlanmış olaq".

Sonra üzünü insanlara tutub buyurardı: "Ey müsəlmanlar! O zaman ki, Ramazan ayının hilalı görünər, qovulmuş şeytan zəncirə vurular. Səmanın qapıları, behiştin qapıları və rəhmət qapıları açılar. Cəhənnəmin qapıları bağlanar. İstəklər yerinə yetər. Hər iftar zamanında Allahın azad etdikləri vardır ki, onları cəhənnəm aətşindən azad edər. Hər axşam carçı car çəkər: "İstəyən vardırmı? Bağışlanma diləyən vardırmı?""".