Evakuator sürücüsü qaydaları belə pozur VİDEO


Digərləri 21 May 2018 21:11:00 236 0

Evakuator sürücüsü qaydaları belə pozur  VİDEO

Adətən minik avtomobilləri üçün nəzərdə tutulan evakuator özündən xeyli böyük yük aparır. Üstəlik, avtomobillərin sürətlə hərəkət ediyi yolda orta zolaqla gedir. Sürücünün ani diqqətsizliyi və ya yanlış manevr hər an böyük faciəyə səbəb ola bilər.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, kadrlar Bakı-Sumqayıt yolunda lentə alınıb. ''156'' evakuator xidmətinin sürücülərindən biri kobud qayda pozuntusuna yol verərək kiçik tutumlu yük avtomobilləri üçün nəzərdə tutulan maşında iri neft çəni aparır.

Kadrları izləyən yol hərəkəti üzrə eksert Ərşad Hüseynov deyir ki, hər bir evakuatorun yük götürmə ilə bağlı texniki göstəriciləri var. Görüntülərdən aydın görünür ki, evakuatorun sürücüsü birbaşa yükdaşıma qaydalarını pozub.

Ekspertin sözlərinə görə, belə olduqda həmin sürücü İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 40 manat məbləğində cərimə oluna bilər. Amma bəzi istisinalar da var.