Yasamal qəbiristanlığında barelyefləri


Digərləri 21 May 2018 21:04:00 258 0

Yasamal qəbiristanlığında barelyefləri

Yasamalda məzar daşları üzərindəki barelyefləri oğurlayan şəxslər tutulub.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Yasamal Rayon Polis İdarəsi 28-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluqları törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Sahib Əsədullayev və onun qohumu Mikayıl Əsədullayev saxlanılaraq məsuliyyətə cəlb ediliblər. Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxslər oğurladıqları əşyaları əlvan metal qəbulu məntəqələrinə satlıblar. Onların yaşadıqları mənzillərdən oğurladıqları barelyeflərdən bəzilərinin hissələri aşkar olunaraq maddi sübut kimi götürülüb.

İstintaq zamanı məlum olub ki, saxlanılan şəxslər Yasamal rayonu Mikayıl Müşfiq küçəsində yerləşən qəbiristanlıqdakı daha 20 məzarın üzərində olan barelyefləri də oğurlayıblar.

Qeyd edilən faktlarla bağlı Yasamal Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Saxlanılanların digər cinayətlərdə iştirakları istisna olunmur.

Videonu izləmək üçün şəklə klikləyin: