Məşhurlar İlham Mirzəyevin yubileyinə yığışdı


Şou-biznes 21 May 2018 20:12:00 200 0

Məşhurlar İlham Mirzəyevin yubileyinə yığışdı

Aparıcı İlham Mirzəyevin ad günü olub.

Son.az axşam.az-a istinadən xəbər verir ki, 50 yaşı tamam olan aparıcı təmtəraqlı məclis təşkil edib. Şəhər restoranlarından birində keçirilən mərasimə şou-biznes nümayəndələri, incəsənət adamları qatılıblar.

İ.Mirzəyev təəssüratlarını bölüşərək bunları deyib:

"Dörd ilə yaxındır ki, efirlərdə yoxam. Buna baxmayaraq çağırdığım bütün qonaqlar məclisimə gəldilər. Bu onu göstərir ki, bizim dostluğumuz mənim aparıcılığıma görə qurulmayıb. Onlar təkcə efirə görə mənə qiymət qoymayıblar. Sədaqətimə görə mənimlə dostluq edirlər. Bütün qonaqlar gəldilər. Bircə xalq artisti Brilliant Dadaşova ilə əməkdar artist Mətanət İsgəndərlidən başqa. Brilliant xanım Moskvada olduğu üçün gələ bilmədi. Mətanət xanım isə qızının baldızının nişan mərasiminə gedib. Çox xoşbəxt aparıcıyam ki, məni bu qədər sevən dostlarım var".