Bilik Fondu gənc tədqiqatçıları sabahın mütəxəssisləri ilə görüşdürüb (FOTO)


Digərləri 21 May 2018 19:56:00 270 0

Bilik Fondu gənc tədqiqatçıları sabahın mütəxəssisləri ilə görüşdürüb (FOTO)

Bilik Fondunun təşkilatçılığı ilə Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kollecində “dəyirmi masa” keçirilib.

Bakı. “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi ilə əlaqədar Bilik Fondunun təşkilatçılığı ilə Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kollecində “dəyirmi masa” keçirilib. Fonddan Trend-ə verilən məlumata görə, “Azərbaycan Xalq Cümhuriyyəti dövründə neft amili” mövzusunda təşkil olunmuş tədbirə AMEA-nın Neft və Qaz İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının bir qrup üzvü qatılıb. Tədbiri giriş sözü ilə açan kollecin direktor müavini Hüseyn Hüseynov Cümhuriyyət dövrü tarixinin hər bir azərbaycanlı tərəfindən öyrənilməsinin vacibliyini vurğulayıb və belə bir görüşün Bakı Neft-Energetika Kollecində keçirildiyinə görə Bilik Fonduna minnətdarlığını bildirib. Fondun mətbuat katibi Ceyhun Musaoğlu təmsil etdiyi qurumun “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində həyata keçirdiyi layihələr barədə məlumat verib. O, qonaqları təqdim etdikdən sonra iştirakçıları açıq müzakirələrə qatılmağa dəvət edib.