Niderland mediası Azərbaycan Xalq Cümhuriyyətindən yazdı


Digərləri 21 May 2018 19:24:00 238 0

Niderland mediası Azərbaycan Xalq Cümhuriyyətindən yazdı

Niderlandda yaşayan soydaşımız, Niderland Jurnalistlər Birliyinin üzvü, "Connect" təşkilatının sədri Vüqar Abbasovun bu günlərdə Niderland mətbuatında Azərbaycan Demokratik Respublikasının qurulmasının 100 illiyindən bəhs edən yazısı verilib.

https://rfgmagazine.nl/honderd-jaar-azerbeidzjan-valt-er-iets-te-vieren

/

Son.az bildirir ki, yazıda Azərbaycanın Çar Rusiyanın  işğalından xilas olmasından və  ADR-in qurulmasından, 1918-ci ildə ermənilərin Azərbaycan ərazilərini işğal etmək istəməsindən, Nuru Paşanın rəhbərliyi ilə Türk ordusunun (Qafqaz İslam Ordusu) Azərbaycana kömək etməsindən və Bakının ermənilərin işğalından azad olunduqdan sonra  paytaxt elan  olunmasından və.s. söhbət açılıb. Daha sonra yazıda Məmməd Əmin Rəsulzadə və onun silahdaşlarından Fətəli Xan Xoyskidən, Nəsib bəy Yusifbəylidən, Məmməd Həsən Hajınskidən, Bakı Dövlət universitetinin açılmasından və s. danışılıb. ADR dövründə qadınlara verilən hüquqlardan söhbət açılaraq bildirilib ki, bu, hətta Fransa (1944) ABŞ - dan (1920) öncə olub.  M.Ə. Rəsulzadənin "Bir kərə yüksələn bayraq bir daha enməz" deyiminin XX əsrin sonlarında başlanan mütəqillik hərəkatının şüuarına çevrildiyini yazan soydaşımız  əlavə edib ki, bu il həm Azərbaycanda, həm də dünyanın bütün ölkələrində yaşayan  azərbaycanlılar ADR - in 100 illiyini böyük bayram kimi qeyd edəcəklər. Yazıda Azərbaycanın 1991 - ci ildə yenidən mütəqillik qazandığı, Ermənistanın  Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağı və yeddi ətraf rayonunu işğal etdiyi, BMT-nin dörd qətnaməsinə (qətnamələrin nömrələri göstərilməklə) məhəl qoymaması, Xocalı soyqrımı  xüsusi  qeyd olunub. Daha sonra soydaşımız qeyd edib ki, Azərbaycan xalqı torpaqlarını sülh yolu ilə geri almağa çalışır, əgər bu alınmayacaqsa müharibə qaçılmaz olacaq. Soydaşımız yazını belə bitirib: