Bu meyvələr sizi ölümə apara bilər VİDEO FOTO


Digərləri 21 May 2018 19:18:00 291 0

Bu meyvələr sizi ölümə apara bilər  VİDEO  FOTO

ARB TV-nin "Günə doğru" verilişində zəhərli meyvələr haqda süjet yayımlanıb.

Ötən ayın əvvəllərindən başlayaraq müxtəlif ticarət mərkəzində qablaşdırılmış alça, çiyələk, ərik kimi meyvələrə rast gəlirik. Satıcılar bildirir ki, sözügedən meyvələrin bəziləri yerli, bəzilər xarici ölkələrdən gətirilib. Mövsümdən əvvəl yetişdirilməsinə gəlincə, onlarda bu haqda məlumat yoxdur.

Yerli təsərrüfatçılar bildirir ki, bölgəmizdə hazırda satılan meyvələrdən alça indi yetişməyə başlayıb, ərik və çiyələk isə, hələ ki, kütləvi satışa çıxarılacaq qədər yetişməyib. Satışda olan məhsullara gəlincə, onlar istixanalarda xüsusi kimyəvi perparatlarla yetişdirilən meyvələrdir. 

Mütəxəssislər bildirir ki, təbii yolla yetişdirilən çiyələk və alça sağlamlığa faydalıdır, vitamin və mikroelementlərlə zəngin olan bu giləmeyvələr diş əti, mədə-bağırsaq, ürək qan-damar, tənəffüs sistemi problemlərinə qarşı təsiredici qüvvəyə malikdir. Lakin xüsusi dərmanlarla hazırlandıqda mədə-bağırsaq sistemini pozur, allergik problemləri kəskinləşdirir.

Nazir Adilov (həkim) : "Kimyəvi maddələrdən çox istifadə etdikdə, yaxud da ki həmin məhsullar yuyulmadıqda xəstəliklər baş verir. Belə olanda həmin xəstələrin mədəsi yuyulur, müalicə edilir".


Xəbərə aid fotolar