Niderland mediası Azərbaycan Xalq Cümhuriyyətindən yazıb


Digərləri 21 May 2018 18:25:00 347 0

Niderland mediası Azərbaycan Xalq Cümhuriyyətindən yazıb

Vüqar Abbasovun bu günlərdə Niderland mətbuatında Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyindən bəhs edən yazısı verilib.

Bakı. Niderlandda yaşayan soydaşımız, Niderland Jurnalistlər Birliyinin üzvü, “Connect” təşkilatının sədri Vüqar Abbasovun bu günlərdə Niderland mətbuatında Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyindən bəhs edən yazısı verilib. Trend-in məlumatına görə, yazıda Azərbaycanın çar Rusiyasının işğalından xilas olmasından və Xalq Cümhuriyyətinin qurulmasından, 1918-ci ildə ermənilərin Azərbaycan ərazilərini işğal etmək istəməsindən, Nuru Paşanın rəhbərliyi ilə türk ordusunun (Qafqaz İslam Ordusu) Azərbaycana kömək etməsindən və Bakının ermənilərin işğalından azad olunduqdan sonra paytaxt elan olunmasından və.s. söhbət açılıb. Daha sonra yazıda Məmməd Əmin Rəsulzadə və onun silahdaşlarından - Fətəli Xan Xoyskidən, Nəsib bəy Yusifbəylidən, Məmməd Həsən Hacınskidən, Bakı Dövlət Universitetinin açılmasından və s. danışılıb. AXC dövründə qadınlara verilən hüquqlardan söhbət açılaraq bildirilib ki, bu, hətta Fransa (1944), ABŞ-dan (1920) öncə olub.