"İrana tarixdə misli görünməmiş ən sərt sanksiyalar tətbiq edə bilərik"


Dünya 21 May 2018 18:08:00 291 0

"İrana tarixdə misli görünməmiş ən sərt sanksiyalar tətbiq edə bilərik"

"ABŞ İrana qarşı misilsiz təzyiq göstərmək, o cümlədən tarixdə ən sərt sanksiyalar rejimi tətbiq etmək niyyətindədir".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Vaşinqtonda çıxışı zamanı ABŞ dövlət katibi Mayk Pompeo deyib.

ABŞ dövlət katibi vurğulayıb ki, ilk növbədə İrana qarşı maliyyə təzyiqi göstəriləcək:

"Tehrandakı liderlər bizim niyyətimizin ciddiliyini başa düşməlidir. Əgər rejim öz kursunu dəyişməsə, sanksiyalar getdikcə daha da güclənəcək".