Azərbaycan Beynəlxalq Dil festivalında iştirak edib (FOTO)


Digərləri 21 May 2018 17:34:00 241 0

Azərbaycan Beynəlxalq Dil festivalında iştirak edib (FOTO)

Mayın 18-dən 20-nə qədər Yunanıstanın Saloniki şəhər limanında 6-cı Multilinqualizm Beynəlxalq Dil Festivalı keçirilib.

Bakı. Mayın 18-dən 20-nə qədər Yunanıstanın Saloniki şəhər limanında 6-cı Multilinqualizm Beynəlxalq Dil Festivalı keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti Azərbaycan dilinin təqdimatını keçirib. Festival iştirakçıları Azərbaycan dilinin əlifbası ilə tanış olub, Azərbaycan dilində sözlər yazmaq, oxumaq və tələffüz etmək imkanı qazanıblar. Bununla yanaşı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə tarixi abidələrimiz, Azərbaycanın görməli yerləri ilə bağlı maraqlı məlumatlar verilib.