“Taliban” Əfqanıstanda 86 kəndi ələ keçirib, türkmənlər evlərini tərk edib


Dünya 21 May 2018 17:20:00 259 0

“Taliban” Əfqanıstanda 86 kəndi ələ keçirib, türkmənlər evlərini tərk edib

Əfqanıstanla sərhəddə, o cümlədən ölkənin şimalındakı silahlı qarşıdurma nəticəsində etnik türkmənlər öz evlərini tərk ediblər.

Son.az report-a istinadən xəbər verir ki, bunu Əfqanıstanın Qunduz əyalətinin yerli məclisinin deputatı Səid Əsədulla Sadat bildirib.

"Taliban" qruplaşması Kalayzal rayonunun 86 kəndini ələ keçirib. Həmin ərazidəki hökumət qoşunları "Taliban" tərəfindən sıxışdırılıb", - o vurğulayıb.

Həmin əyalətlərə "Taliban" bu ilin aprelindən hücuma keçib. Ona görə də yerli əhali, o cümlədən etnik türkmənlər evlərini tərk ediblər.