Nazirlik: Kafedəki partlayışda yaralananların vəziyyəti ağırdır


Digərləri 21 May 2018 16:38:00 263 0

Nazirlik: Kafedəki partlayışda yaralananların vəziyyəti ağırdır

Bakının Binəqədi rayonu, "Elit" Ticarət Mərkəzi yaxınlığında yerləşən kafedə baş verən partlayış nəticəsində yaralanan iki nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Son.az bildirir ki, bunu Trend-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin məsləhətçisi Səfayə Əhmədova deyib.

S.Əhmədovanın sözlərinə görə, biri qadın, digəri isə orta yaşlı kişi olan yaralılar müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar. Yaralılar Respublika Yanıq Mərkəzinə yerləşdirilib.