Gəncədə seyfi sındırıb 30 minlik qızıl oğurladılar


Digərləri 21 May 2018 16:21:00 259 0

Gəncədə seyfi sındırıb 30 minlik qızıl oğurladılar

DİN-in "102 - Zəng Mərkəzi" Xidmətinə Gəncə şəhərindəki evlərin birindən oğurluq edilməsi barədə müraciət daxil olub.

Nazirlikdən Son.az-a verilən məlumata görə, bununla əlaqədar dərhal  Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirirlib və mayın 17-də evdəki seyfdən qapını sındırmaq yolu ilə 31000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığı müəyyən edilib.

DİN-in Baş Cinayət Axtarışı, Gəncə Şəhər Baş Polis və Kəpəz Rayon Polis idarələri əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 2 nəfər qısa müddətdə müəyyən edilərək saxlanılıblar.      

Araşdırmalarla onların Göygöl rayon sakini, əvvəllər məhkum olunmuş Nofəl Məhərrəmov və M.Məhərrəmova olduqları məlum olub.