​“Heç kəs həftədə 48 saatdan çox işləməməlidir” AÇIQLAMA VİDEO FOTO


Digərləri 21 May 2018 16:17:00 229 0

​“Heç kəs həftədə 48 saatdan çox işləməməlidir”  AÇIQLAMA  VİDEO  FOTO

Avropa məhkəməsi işçilərin işə gələrkən yolda sərf etdikləri vaxtın iş saatı kimi hesablanması haqqında qərar qəbul edib.

ARB TV-nin "Günə doğru" verilişi iş yerindən uzaqda yaşayanların yolda olma müddətinin iş vaxtına salınması haqqında süjet hazırlayıb. Qəbul edilən qərar yalnız konkret iş məkanı olmayanlara aid edilib. Tələblərdən biri budur ki, heç kəs həftədə 48 saatdan çox işləməməlidir. Bəs ölkəmizdə bu qərarın tətbiqi nəyə gətirib çıxara bilər? Sahib Məmmədov - ekspert: "Hamı çalışacaq ki, yaxın yerlərdə yaşayanları işə götürsün. Bu da diskriminasiyaya gətirəcək. O, misal üçün yola sərf edəcək 2 saat, siz də onun pulunu ödəməli olacaqsız. Kim ölçəcək ki, o, neçə dəqiqəyə gəlməlidir?" Belə olanda da müxtəlif bəhanələr yaranacaq. Bir gün tıxac, bir gün nəqliyyatın vaxtlı-vaxtında gəlməməsi əlavə problemlər yaradacaq. Ancaq qanunvericiliyimizdə iş üçün yolda sərf olunan vaxtın ödənilməsi tam məhdudlaşdırılmayıb. Ekspertlərin açıqlamalarına görə, bu qanun tətbiqi yalnız əmək müqaviləsi ilə çalışanlarda problem yaradacaq. Mülki müqavilə ilə çalışanlar asanlıqla bunu tətbiq edə bilər. Tərəflər yoldakı vaxt sərfinin pulunu müqavilədə göstərə bilər. Sahib Məmmədov - ekspert: "Çağırarlar ki, məsələn, Lökbatandan Bakıya, o deyə bilər ki, mənim gəlib-getməyimə də vaxt itkisi var, onun da pulunu ödəyin". Avropa məhkəməsinin qərarı insanların vaxt itkisinin minimuma endirilməsi məqsədini daşıyır. Millət vəkili Fazil Mustafa ən əvvəl iş saatlarını azalmasından başlamağın daha vacib olduğunu deyir. Fazil Mustafa - millət vəkili: "İş saatı 7 saata endirilə bilər, qalan 1 saat isə gediş-gəliş üçün nəzərdə tutula bilər. Məmurlar üçün tətbiq oluna bilər. Amma bunu kütləvi formada tətbiq etməkdə böyük maddi problemlər ortaya çıxacaq. Əmək haqqının ödənilməsində problemlər çıxacaq". İş saatı ilə bağlı dünya ölkələrində müxtəlif vaxt tətbiq olunur. Məsələn, Monteneqroda iş saat 7-dən 15:00-dəkdir. Bu da işdən sonra insanların müəyyən mənada digər işlərinin həllində ona sərbəstlik verir.


Xəbərə aid fotolar