“Bu üç səbəbə görə milyarder oldum”


Digərləri 21 May 2018 16:04:00 276 1

“Bu üç səbəbə görə milyarder oldum”

Onun şirkətlərində 20 min işçi çalışır

Son.az azxeber.com-a istinadən Rusiyada yaşayan həmyerlimiz, milliyətcə yəhudi olsa da, Quba rayonunun məşhur Qırmızı qəsəbəsində dünyaya gəlmiş iş adamı, adı "Forbes"in milyaderlər siyahısında keçən Qod Nisanovun rus mətbuatına müsahibəni təqdim edir:

Qod Nisanov kimdir?

Rusiyanın ən varlı iş adamları sırasında yer alan və hər keçən gün sərvətini daha da artıran Qod Semyonoviç Nisanov "Qoç" zodiak işarəsinin təsiri altındadır və 24 aprel 1972-ci ildə anadan olub.

Astroloqlar iddia edir ki, "Qoç"lar qərarlı davranışları ilə başladıqları işi sonuna çatdırmağı sevirlər. Möhkəm iradə və fiziki gücə, eyni zamanda idarəetmə qabiliyyətinə sahibdirlər. İnsanlara özlərini sübut edərək onların rəğbətini qazanmağı sevirlər.

Göründüyü kimi, bu bürcün tipik xüsusiyyətlərini özündə cəmləşdirən Nisanovun biznesə gəlişi heç də asan olmayıb. Onun tərcümeyi-halı ilə tanış olduqda məlum olur ki, yəhudi əsilli gənc bunun üçün sözün əsl mənasında çaba göstərib. Lazım olanda fəhləlik edib, gərəkdiyi halda əlaqələr qurub, mühüm görüşlərdə təmsilçilik edib, eyni zamanda ictimai-siyasi təsir imkanları əldə edərək, önə çıxmağı bacarıb.

O, niyə ali təhsil almadı, niyə məhz texnikum...

Qonşularının dediyinə görə, Qodun atası Semyon kişi çox savadlı, təcrübəli sənayeçi olsa da, o, heç zaman təhsilə xüsusi maraq göstərməyib. Hələ yeniyetmə yaşlarından beynini pul qazanmağın yollarını tapmağa yönəldən Qod deyilənə görə, öz şəxsi velosipedini bu məqsədlə tez-tez dəyişirmiş. Onun burada yeganə məqsədi təkcə pul qazanmaq yox, həm də işgüzar sövdələşmələr aparmaq, özünü biznesmen kimi təkmilləşdirmək idi. Çünki onun atası sovet dövründə zavod direktoru idi və çox az inandırıcıdır ki, bir velosipedi oğluna qıymamış olsun.

Q.Nisanov Bakıda Maliyyə-kredit Texnikumunu bitirir. Onun bioqrafiyasında hüquq ixtisası üzrə sonradan ali təhsil aldığı qeyd olunsa da, hansı ali məktəbi bitirdiyi qeyd olunmur. Bir zamanlar Moskvada kütləvi şəkildə insanların ali təhsil haqqında diplomu çox rahatlıqla, yəni heç bir təhsil almadan əldə etməsini nəzərə alsaq, onun da bu yola əl atması istisna oluna bilməz.

Telman İsmayılov öz həmyerlisinə arxa durur VƏ...

Qod Nisanov cəmi 18 yaşı olanda uşaqlıq dostu Zarah İliyevlə birgə Moskvaya gedir. Burada yaşayan həmyerlisi, biznesmen Telman İsmayılovun rəhbəri olduğu "AST" kampaniyasında işə düzəlir. Deyilənə görə, Moskvaya getdiyi ilk illərdə böyük çətinliklərlə qarşılaşır. Bazarda daraq, iynə və digər xırdavat məhsullarının satışını həyata keçirən "toçkalar" yaradan iş adamı 2001-ci ildə Lyublinoda şəriki Zarah İliyevlə birgə "Moskva" ticarət mərkəzini təsis edir. 2005-ci ildə isə "Biskvit" kompaniyasını və "Ukrayna" otelini, 2006-cı ildə isə "Avropa" otelini öz biznes imperiyasına qatan Q.Nisanovun "lazım olan anda lazımi yerdə olmaq lazımdır" prinsipinə riayət etməsi, Kremlə yaxınlaşmaq cəhdləri onu bu günün Rusiyanın ən nüfuzlu sahibkarları sırasında yer almasına səbəb olub.

Fürsəti anında və yerində qiymətləndirən biznesmen... Qod Nisanov və Zarah İliyevin biznesinin inkişafı Rusiya prezidenti Vladimir Putinin yaxın dostu İlham Rəhimovla ortaq olmasından sonraya təsadüf edir. İlham Rəhimov özü ölkə mətbuatına müsahibəsində bildirir ki, sovetlər dönəmində ədliyyə sistemində çalışarkən ittifaq dövlətlərindən gələn qonaqları Qubaya aparırmışlar. Həmin qonaqları o zaman Qubada zavod direktoru işləyən Qodun atası, Semyon Nisanov qarşılayırmış.