Yasamalda təmir başa çatdı - Küçə istifadəyə verildi


Digərləri 21 May 2018 14:49:15 192 0

Yasamalda təmir başa çatdı - Küçə istifadəyə verildi

Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsinin bir hissəsi təmir edilib.

Bakı. Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsinin bir hissəsi təmir edilib. "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, təmir-tikinti işlərinin aparıldığı ərazinin uzunluğu 570 m, eni isə 10-27 m arasında dəyişir. Küçənin sözügedən hissəsi hərəkət intensivliyi ilə seçilən Ə.Haqverdiyev və Landau küçələri ilə kəsişir. Təmir-tikinti işləri çərçivəsində ərazidə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, əvəzinə 2 laydan ibarət və 10.000 min kv.m sahəni əhatə edən yeni asfalt-beton örtük döşənib. Bundan başqa, Şəfayət Mehdiyev küçəsində yağış-kanalizasiya sistemi bərpa olunaraq zəruri olan yerlərdə yeni yağış barmaqlıqları quraşdırılaraq köhnələri isə yenisi ilə əvəz olunub.