Bakıda narkotik alverçisi olan qadın saxlanıldı


Digərləri 21 May 2018 13:43:54 217 0

Bakıda narkotik alverçisi olan qadın saxlanıldı

Paytaxt sakini, əvvəllər məhkum olunmuş Şəms Səmədova saxlanılıb.

Bakı. Bakıda narkotik alverçisi olan qadın saxlanılıb. DİN-dən Trend-ə verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılan Şəms Səmədovanın evində aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində onun satdığı narkotik vasitənin əvəzində bacısından aldığı 5 ədəd mobil telefon və 1020 manat pul, eləcə də T.Qasımovdan aldığı 12 ədəd mobil telefon, habelə narkotik vasitələrin qanunsuz dövriyyəsindən əldə etdiyi 2340 manat pul aşkar olunaraq polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.