Rusiyada QASIRĞA 40 adamı "xəstəxanalıq etdi"


Dünya 21 May 2018 13:32:20 228 0

Rusiyada QASIRĞA 40 adamı "xəstəxanalıq etdi"

Rusiyanın Tümen vilayətində baş vermiş qasırğa nəticəsində 40-a yaxın şəxs xəsarət alıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, sürəti saniyədə 20 metrədək çatan güclü külək bir neçə binanın dam örtüyünü uçurub.

Xəsarət alanlar arasında 12 yaşlı qızın vəziyyəti ağır olaraq dəyərləndirilir. Qeyd olunur ki, həmin qızın oturduğu avtomobilin üzərinə kərpiclər düşüb və uşaq beyin travması ilə xəstəxanaya yerləşdirilib.