Səttar Mehbalıyev: "Ötən il iş yerlərində 3000 qanun pozuntusu aşkarlanıb"


Digərləri 21 May 2018 13:04:23 336 0

Səttar Mehbalıyev: "Ötən il iş yerlərində 3000 qanun pozuntusu aşkarlanıb"

2017-ci ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının əhatə etdiyi iş yerlərində 3 mindən çox qanun pozuntusu aşkarlanıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev "Dayanıqlı İnkişaf Məqsədlərinə doğru: davamlı inkişafın və layiqli həyatın təbliği" adlı beynəlxalq konfransı çərçivəsində keçirilən brifinqdə deyib.