"Heç vaxt..."


Şou-biznes 21 May 2018 12:40:00 329 0

"Heç vaxt..."

Əməkdar artist Lalə Məmmədovanın illərdir küsülü olduğu xalq artisti Brilliant Dadaşovanın mahnısını oxuması onların barışdığı xəbərinin yayılmasına səbəb olub.

Son.az axşam.az-a istinadən xəbər verir ki, Lalə bu haqda "Xəzər maqazin"ə açıqlama verib. O bildirib ki, barışıq heç zaman ola bilməz:

"Bu, qapalı mövzudur. İllərdir bunu nə açıram, nə də vərəqləyirəm. Musiqinin dili yoxdur. Sevdiyim mahnını dinləyirəm. Mahnı ürəyimə yatırsa, oxuyuram. Mahnının kimləsə, hansısa bir münasibətlə qarışdırmayın. Pərdəarxası məqamlar var, bu, bir sözdür. Heç vaxt, heç zaman mən tərəfdən bu mövzuda danışılmayacaq".