Azərbaycan və Serbiya iki saziş imzalayacaq


Digərləri 21 May 2018 11:13:00 215 0

Azərbaycan və Serbiya iki saziş imzalayacaq

Azərbaycan və Serbiya iki saziş imzalayacaq.

Bakı. Azad Həsənli - Serbiya Prezidenti Aleksandr Vuçiçin mayın 21-22-də Bakıya səfəri çərçivəsində Azərbaycan və Serbiya arasında aviasiya və avtomobil nəqliyyatı sahəsində iki saziş imzalanacaq. Bu barədə Trend Serbiya hökumətinə istinadən məlumat verir. Sənədləri Serbiya tərəfdən Baş nazirin müavini, tikinti, nəqliyyat və infrastruktur naziri Zorana Mixayloviç imzalayacaq. Qeyd olunur ki, bu sənədlər Belqrad və Bakı arasında birbaşa aviareyslərin açılmasına şərait yaradacaq, həmçinin iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsinə kömək edəcək.