DİN: 7,5 kq narkotik vasitə dövriyyədən çıxarılıb


Digərləri 21 May 2018 11:20:05 204 0

DİN: 7,5 kq narkotik vasitə dövriyyədən çıxarılıb

7,5 kiloqrama yaxın narkovasitə, həmçinin xeyli sayda kultivasiya yolu ilə yetişdirilmiş narkotik tərkibli bitkilər aşkar edilərək götürülüb.

Bakı. Polis əməkdaşlarının narkotiklərlə mübarizə istiqamətində mayın 19-da və 20-də keçirdikləri tədbirlər nəticəsində 7,5 kiloqrama yaxın narkovasitə, həmçinin xeyli sayda kultivasiya yolu ilə yetişdirilmiş narkotik tərkibli bitkilər aşkar edilərək götürülüb. DİN-dən Trend-ə verilən məlumata görə, Yardımlı Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Jiy kəndi ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan Masallı rayon sakinləri Zaur Nuriyevdən, əvvəllər məhkum olunmuşlar - Vüsal Nuriyevdən və Orxan Dəyyanovdan çəkisi 3 kiloqramdan artıq tiryək aşkar edilib. Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılan Bankə qəsəbə sakini, əvvəllər məhkum olunmuş Musa Əliyevdən şəxsi axtarış zamanı 16 qramdan artıq marixuana aşkar edilib. Əməliyyat-axtarış tədbirləri ilə onun həyətindən isə əlavə olaraq 4,1 kiloqram marixuana götürülüb.