Kapital Bank-ın yenilənən İmişli filialı istifadəyə verildi


Digərləri 21 May 2018 10:22:00 245 0

Kapital Bank-ın yenilənən İmişli filialı istifadəyə verildi

Kapital Bank filial şəbəkəsinin transformasiyası layihəsi çərçivəsində yenilənən İmişli filialını istifadəyə verib.

Bakı. Kapital Bank filial şəbəkəsinin transformasiyası layihəsi çərçivəsində yenilənən İmişli filialını istifadəyə verib. Trend-in məlumatına görə, yeni konsepsiya əsasında təqdim edilən filial Heydər Əliyev prospekti, 144 ünvanında fəaliyyət göstərir. Artıq müştərilər yenilənən filialda müasir bank xidmətlərindən istifadə edə bilərlər. Kapital Bank-ın yeni konsepsiya əsasında təqdim edilən İmişli filialı, müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətlərini təklif edir. Yeni filial müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir.