Ərdoğandan Avropada yaşayan türklərə ÇAĞIRIŞ


Dünya 21 May 2018 10:14:00 238 0

Ərdoğandan Avropada yaşayan türklərə ÇAĞIRIŞ

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropada yaşayan türkləri siyasətdə fəal iştirak etməyə çağırıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, R.T.Ərdoğan Avropadakı türk icmasının ən güclü icma olduğunu bildirib:

"Türk icması Avropa ölkələrinin siyasi və sosial həyatında öz rolunu möhkəmləndirməlidir".

Prezident, həmçinin Avropada yaşayan türkləri Türkiyə prezidenti və parlamenti seçkilərində iştirak etməyə çağırıb.