Whatsappın qrup çatlarına 4 yeni funksiya gəldi


Digərləri 21 May 2018 08:25:00 288 0

Whatsappın qrup çatlarına 4 yeni funksiya gəldi

Məşhur Whatsapp messencerinin qrup çatlarına 4 yeni funksiya əlavə olunub. Həmin funksiyalar ilə aşağıdan tanış ola bilərsiniz: - Qrup çatının təsviri: Bundan sonra hər hansı qrup çatına qatılmış yeni istifadəçi xüsusi banner ilə qarşılaşacaq. Həmin bannerdə isə qrup çatının məqsədi, onda müzakirə olunan əsas mövzu, qaydalar və s. kimi məlumatlar yer alacaq.

- Son.az technote.az-a istinadən bildirir ki, adminlər üçün idarəetmə funksiyaları: Qrup çatının adminləri bundan sonra qrup çatı istifadəçilərinin hüquqlarını dəyişə biləcəklər. Beləliklə istənilən istifadəçi qrup çatının fotosunu və təsvirini dəyişə biləcək.

- Qaçırılmış məlumatların icmalı: Bundan sonra qrup çatına daxil olmuş istifadəçi ona ünvanlanmış bütün mesajları görə biləcək. Bunun üçün messencerin aşağı sağ hissəsinə "@" işarəsi əlavə olunub.