Dağlıq Qarabağda erməni əsgər naməlum şəraitdə güllələnib


Digərləri 20 May 2018 23:12:00 307 0

Dağlıq Qarabağda erməni əsgər naməlum şəraitdə güllələnib

Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistan ordusunun bir hərbçisi öldürülüb.

Son.az APA-ya istinadən bildirir ki, hadisə bu gün 11.00 radələrində baş verib.

Cəbhə xəttində xidmət edən 1999-ci il təvəllüdlü əsgər Hamlet Qriqoryan naməlum şəraitdə aldığı güllə yarasından ölüb.

Hazırda hadisənin səbəbləri və təfərrüatları müəyyənləşdirilir.