Sərnişinlərə şad xəbər:


Digərləri 20 May 2018 15:38:00 266 0

Sərnişinlərə şad xəbər:

2017-ci ilin avqust ayından təmirə dayandırılan metronun "Sahil" stansiyasının bu il iyulun 1-də təhvil veriləcəyi bildirilsə də, stansiyanın sərnişinlərin ixtiyarında daha tez olacağı gözlənilir.

Son.az xəbər verir ki, bu barədə modern.az-a Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.

Onun sözlərinə görə, artıq köhnə eskalatorların sökülməsi və yenilərinin quraşdırılması başa çatdırılıb:

"Əvvəlcədən stansiyanın iyulun 1-də açılacağını bildirmişdik. Hələlik dəqiq vaxt bilinməsə də, işlər sürətləndiyindən "Sahil" stansiyasının iyulun 1-də deyil, daha tez açılacağını deyə bilərəm.

Hazırda işlər davam etdirilir. Sökülmüş "LT-3" tipli 3 eskalatorun əvəzinə, Almaniyanın "Thyssen Krupp" şirkətinin istehsalı olan "Viktoriya" tipli 4 yeni avadanlıq quraşdırılıb. Bu stansiyada da dörd eskalatorun quraşdırılmasında əsas məqsəd birçıxışlı və gur sərnişin axını olan stansiyada metro istifadəçilərinin daha operativ və rahat enib-qalxmasını təmin etməkdir.