Meqan Marklın toy stili


Digərləri 20 May 2018 14:17:00 370 0

Meqan Marklın toy stili

Britaniya şahzadəsi 32 yaşlı Harri ilə 36 yaşlı aktrisa Meqan Marklın toyu ötən gün baş tutub. 

Son.az axşam.az-a istinadən bildirir ki, mərasimdən sonra bütün dünya gəlinin libasını, tacını müzakirə etməyə başlayıb. 

Meqan nikah mərasimi keçirilən yerə qədim "Rolls-Royce"da gəlib. Avtomobildən enən aktrisanın libasını nəhayət ki, bütün dünya görüb. Marklın seçimi sadə, uzun şleyfli, çiyniaçıq paltar olub. Paltarı "Givenchy" moda evinin məşhur dizayneri hazırlayıb. 135 min dollar dəyəri olan gəlinliyin pulunu aktrisa özü ödəyib. 

Meqanın ağ gəlinliyini 5 metr uzunluğu olan fata tamamlayıb. Deyilənə görə, fatanı hazırlayanlar hər 5 dəqiqədən bir əllərini sabunla yuyublar. Fataya Millətlər Birliyinin 53 ölkəsinin simvolu olan çiçəklər nəqş edilib.

Aktrisa kraliça II Yelizavetanın nənəsi kraliça Merinin tacından istifadə edib.