Havay adalarında vulkan püskürüb:


Dünya 20 May 2018 11:40:00 293 0

Havay adalarında vulkan püskürüb:

Havay adalarında Kilauea vulkanının püskürməsi nəticəsində yerli sakin xəsarət alıb.

Son.az Trend-ə istinadən bildirir ki, vulkanın lavası sakinə toxunub, nəticədə o xəstəxanaya yerləşdirilib.

Qeyd olunur ki, xəsarət alan püskürmə zamanı öz evinin eyvanında olub. Lava sıçrantısı onun ayağına ağır xəsarət yetirib.