Berluskoniyə katibəsindən milyonlar miras qalıb


Dünya 20 May 2018 11:14:00 243 0

Berluskoniyə katibəsindən milyonlar miras qalıb

Silvio Berluskoniyə katibəsindən üç milyon avro miras qalıb.

Son.az oxu.az-a istinadən bildirir ki, bu barədə "La Stampa" qəzeti məlumat yayıb.

88 yaşlı tənha qadın Anna Ç. 20 gün öncə vəfat edib. Ölümündən əvvəl vəkillərinin köməyilə Berluskoni üçün "uzun illər birgə iş üçün minnətdarlığını" bildirən məktub hazırlayıb. Nəşrin məlumatına görə, mərhum üç iri əmlaka, iki bank hesabına sahib olub.