Venesuelada növbədənkənar prezidentin seçkiləri keçirilir


Dünya 20 May 2018 08:45:00 250 0

Venesuelada növbədənkənar prezidentin seçkiləri keçirilir

Bu gün Venesuelada növbədənkənar prezident seçkiləri keçirilir.

Son.az Trend-ə istinadən bildirir ki, prezidentlik uğrunda hazırkı ölkə başçısı Nikolas Maduro daxil olmaqla 6 namizəd mübarizə aparır.

Prezidenti seçkilərində 20,3 milyon Venesuela vətəndaşı iştirak edə bilər, 107 min venesuelalı isə xaricdə səs verəcək. Ölkə ərazisində 45 minə yaxın seçki mərkəzi və məntəqəsi açılıb.