Avtomobilə qarışıq benzin tökən sürücülər ehtiyatlı olun! VİDEO


Digərləri 19 May 2018 23:57:00 316 0

Avtomobilə qarışıq benzin tökən sürücülər ehtiyatlı olun!  VİDEO

Bəzən sürücülər avtomobilə Aİ-92 və 95 markalı benzini qarışdıraraq tökür və bunun mühərrikin işləməsinə faydalı olduğunu düşünürlər. Bəzi sürücülər isə hər iki markalı benzinin qarışdıraraq istifadə edilməsinin avtomobilə ziyan vurdugunu bildirirlər.

Son.az bildirir ki, avtomobil ustası Sahil Ağabəylinin sözlərinə görə, müşahidələr göstərib ki,avtomobillərdə benzinin qarışdırılıb tökülməsi nəticəsində əksər hallarda mühərrik hissədə problemlər yaranıb.

Ustanın sözlərinə görə, ümumilikdə yanacağın qarışdırılması əsas yeni istehsal olunan avtomobillərin mühərikinin ömrünü azaldır. Avtomobil mərhələli olaraq dartınma ilə işləyir və qara tüstü xaric edir. Köhnə avtomobillərdə isə bu problem bir neçə ildən sonra oraya çıxır və bunun qarşısının alınmasına da az xərc tələb olunur.