Gəncədə təntənəli idman paradı keçirilib VİDEO


Digərləri 19 May 2018 23:16:00 267 0

Gəncədə təntənəli idman paradı keçirilib  VİDEO

Gəncə 2019-cu il üçün Avropa İdman Şəhəri tituluna layiq görülüb. Bu münasibətlə Gəncədə "idman paradı" keçirilib. 5 mindən artıq parad iştirakçısı şəhərin baş meydanına yürüş edib.

Beş mindən artıq insan hərbi orkestrin müşayəti ilə şəhərin baş meydanına yürüş etdi. Son.az bildirir ki, parad Gəncə şəhərində Heydər Əliyev prospekti, Gəncə Dövlət Universitetinin III tədris binasının önündə başlayıb.

Olimpiya, Avropa və Dünya çempionu titulunu daşıyan tanınmış idmançılar, şəhərin idman məktəblərində çalışan məşqçi-müəllimlər, həmin təlim müəssisələrində təhsil alan şagirdlər, Kəpəz Peşəkar Futbol Klubunun əsas və əvəzedici heyəti, orta məktəb "Şahin"ləri, habelə tələbə-gənclər Gəncənin 2019-cu il üçün Avropa İdman Şəhəri tituluna layiq görülməsini coşğu ilə qarşılayıb.

Gəncənin mərkəzi meydanına gələn parad iştirakçıları burada alqışlarla qarşılanıb. Rəmzi olaraq rəngli şarlar və sülh göyərçinləri havaya buraxılıb. Parad imançıların nümunəvi çıxışları və futbol oyunu ilə davam edib.