Balıq qadağası başladı VİDEO


Digərləri 19 May 2018 22:04:00 209 0

Balıq qadağası başladı  VİDEO

Sentyabrın 1-ə kimi su hövzələrindən bütün növ balıqların tutulmasına qadağa qoyulub. Məqsəd dəniz və göllərdə balıqların sayını artırmaqdır.

MilliAz bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları bu qadağaya əməl etməyən şəxsləri ciddi şəkildə cəzalandıracaqlar.

Nazirliyin Su Hövzələrində biloji resursların artırılması və müahifzəsi departamentinin əməkdaşı İsmayıl Yunusovun sözlərinə görə, artıq bu kimi halların qarşısını almaq üçün əməkdaşlar gücləndirilmiş iş rejiminə keçiblər.

Təkcə ötən ilin 4 ayı ərazində qanunsuz balıq ovu ilə məşğul olan 50 nəfər barəsində qanuna müvafiq şəkildə cəza tədbiri görülüb. Qurum rəsmisi həmçinin onu da bildirdi ki, qeyd edilən tarixlərdə su hövzələrində balıq ovu ilə məşğul olanlar aşkar edildikdə həmin şəxslər dərhal cərimələnəcəklər.