Şahzadə Harri ilə Meqan Markl nikah bağlayıblar - CANLI YAYIM - YENİLƏNİB


Dünya 19 May 2018 15:52:00 326 0

Şahzadə Harri ilə Meqan Markl nikah bağlayıblar - CANLI YAYIM - YENİLƏNİB

Şahzadə Harri toy günündə Sasseks hersoqu titulu ilə təltif edilib

Berkşir qraflığındakı Vindzor qəsri ərazisində yerləşən Müqəddəs Georgi kilsəsində şahzadə Harri ilə Meqan Marklın rəsmi nikah mərasimi olub.

"Report" xəbər verir ki, şahzadə Harri və Meqan Markl and içdikdən sonra yepiskop onları ər-arvad elan edib.

Meqan mərasimə "Givenchy"dən olan ağ gəlinlik geyib.

***13:18

Britaniya şahzadəsi Harri amerikalı aktrisa və fotomodel Meqan Markl ilə toy günündə Sasseks hersoqu titulu ilə təltif edilib.

"Report" BBC-yə istinadən xəbər verir ki, bu barədə Bukingem sarayının yaydığı məlumatda deyilir.

Bu qərarı şahzadə Harrinin nənəsi, kraliça II Yelizaveta verib.

Öz növbəsində, toydan sonra şahzadənin həyat yoldaşı Meqan Markl "Sasseks kral əlahəzrət hersoginyası" olacaq.

Nikan mərasimi bu gün yerli vaxtla günorta Berkşirt qraflığındakı Vindzor qəsri ərazində yerləşən Müqəddəs Georgi kilsəsində baş tutacaq. Mərasimə 2500-dən artıq qonaq dəvət olunub.

Atası mərasimdə iştirak etməyəcəyindən Meqan Marklı kilsəyə qayınatası şahzadə Çarlz gətirəcək.

Bu toyu dünyada milyonlarla insanın izləyəcəyi gözlənilir. Yeni evlənənləri öz gözləri ilə görmək üçün Vindsor küçələrində, təxminən, on min adam dayanacaq.

Mərasimi yaxşı yerdən izləmək üçün insanlar gecəni hətta küçədə yataraq keçirib.

Nikah mərasimindən sonra şahzadə Harri və həyat yoldaşı 25 dəqiqə boyunca şəhərdə üstüaçıq faytonda hərəkət edəcəklər.