Mobil operatorlar 4 ayda 281 milyon manat qazanıb


Digərləri 19 May 2018 15:39:15 315 0

Mobil operatorlar 4 ayda 281 milyon manat qazanıb

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda informasiya və rabitə müəssisələri 569,9 milyon manatlıq xidmət göstərib.

Son.az Trend-ə istinadən bildirir ki, göstərilən xidmətin 71,8 faizi əhali tərəfindən istehlak olunub. 2017-ci ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 7,8 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 80,9 faizi qeyri-dövlət sektorunun payına düşüb.